Peyğəmbərimizin (s.a.v) şeytanla söhbəti...
37, Baku, Azerbaidzhan

Peyğəmbərimizin (s.a.v) şeytanla söhbəti...

Peyğəmbərimiz: Sənə görə insanların ən məsudu, ən xoşbəxtdi kimdi?

İblis: Namazı bilərək qəsdən tərk edənlər.
Peyğəmbərimiz: Yaxşı səni işində narahatçılıq törədənlər kimlərdi?
İblis: Alimlərin məclisi, elmi toplantılar haqq və həqiqət söhbəti edilən zamanlar.
Peyğəmbərimiz: Sən yeməyini necə yeyirsən?
İblis: Sol əlimlə və barmaqlarımın ucu ilə
Peyğəmbərimiz: Yaxşı şam yeli əsdiyi zaman və ətrafı yandırıcı bir istilik bürüdüyü zaman uşaqlarını harada gizlədirsən?
İblis: İnsanların uzanmış dırnaqları arasında
Peyğəmbərimiz: Rəbbindən nələr tələb etdin?
İblis: Rəbbimdən 10 şey tələb etdim.
Peyğəmbərimiz: Nədir onlar ey lənətli?
İblis: Bunlardır:
- ALLAHdan dilədim ki məni Adəm oğlanlarının malına və övladına ortaq edə. Rabbim bu ortaqlıq tələbimi qəbul etdi və onların mallarına və uşaqlarına ortaq oldum. İsra surəsi 64-cü ayədə ”… (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!” belə buyurdu.
- Sonra isə bəsmələsiz kəsilən hər heyvanın ətindən yeyərəm, faiz və haram qarışan yeməyə də ortaq olaram. Şeytandan ALLAH sığınılmayan malın böyük bir qismi mənim olar. Cinsi münasibət anında ALLAHa sığınmayan birisi ilə şeytanla birlikdə məndə işə qarışaram və o birləşmədən əmələ gələn uşaq bizə itaət edər, biz nə dəsək ona eməl edər. Hər kim isə heyvana minərkən halal yola deyil də, haram yola gedərsə məndə onunla gedərəm.Yol yoldaşı olaram.
- Sonra mən ALLAH Təladan dilədim ki, mənə ev verə. Bunun üçün hamamlar mənə ev olaraq verildi.
- Dilədim ki, mənə bir məscid verə. O, da bazar yerlərini mənə məscid düzəltdi.
- Mənim üçün oxumağa bir kitab tələb etdim. Şeirləri, mahnıları mənə oxuma kitabı düzəltdi.
- İsdədim ki, mənim üçün bir azan verə. Füleytoları, mizmarları və digər çalğı alətlərini mənə azan etdi.
- İstədim ki, mənə bir yataq yoldaşı verə, O, da mənə sərxoşları verdi.
- ALLAHdan özümə bir köməkçi istədim. O, da mənə qədəriyəçiləri verdi. (Qədəriyəçilər insanların etdiklərində bir günah görmürlər. Onlar elə hesab edirlər ki, bunların hamısını etdirən ALLAHdır. Elə bunlar da şeytanın köməkçiləri olurlar.)
- ALLAH Təladan qardaşlar tələb etdim. Mallarını boş yerə israf edənləri mənə qardaş elədi. Birdə günah yolunda pul xərcləyənləri. Bu dab u ayə ilə sabitdir “O kimsələr ki, mallarını boş yerə xərcləyirlər, onlar şeytanın qardaşı olmuşlar. ”
Bu zaman Peyğəmbərimiz (s.a.v.) şeytana belə dedi: “Əgər dediklərini ALLAHın kitabından ayələrlə sübut etməsəydin səni təsdiq etməzdim…”


İblis sözünə davam etdi: ya Muhamməd ALLAHdan dilədim ki, mən Adəm oğullarını mən görüm amma onlar məni görməsinlər. Dilədim ki, Adəm oğullarının qan məcralarının mənə yol eyləsin. O da oldu, beləliklə mən onların damarlarında axaram, axıb gedərəm, gəzərəm həm də istədiyim kimi. ALLAH bütün bu istədiklərimi verdi. Bu hallarla həm fəxr edirəm. Həm bir şeyi də deyim Ya Muhamməd mənimlə bərabər olanlar seninlə bərabər olanlardan daha çoxdur.
Bundan sonra şeytan uşaqlarını tanıtdı və belə dedi:
Mənim bir oğlum var adı Ateme. Bir qul yatsı namazını qılmadan yatarsa, gedib onun qulağına nəcis edər. Əgər belə olmasaydı, imkan yox insanların namazları heç yaddan çıxmazdı, namazlarını qılmamış yatmazdılar və əsla yata bilməzdilər.
Bir oğlumda var ki, onunda adı Mütekadidir. Bunun işi isə edilən gizli əməlləri ortaya çıxarmaqdı və hamıya yaymaqdır. Məsələn, bir qul ALLAH üçün gizli gözəl bir iş görsə, bu etdiyini də insanlardan gizli saxlamağa çalışsa, bu zaman Mürekadi onu dürtər. Ən sonunda o gizli əməli ortaya çıxarır və hər kəsə eşitdirər. Bu zamanda işə riya qarışar və ALLAH Təlada o işin 100 savabını 99 - nu ixtisar edər sadəcə 1 savabı qalar. Odu ki, 1 qulun gizlicə etdiyi iş üçün tam 100 savab verilir. Bu da mənim heç ama heç xoşuma gəlmir.
Sonra mənim 1 oğlumda var ki, onunda adı Kuhair. Bu oğlumun isə işi insanların gözlərini sürmə ilə sürmələməklə məşğuldur. O insanlar hər hansı bir məclisdə və ya bir elmi yığıncaqda olduğu zaman bu sürmə işə düşər və həmin dəqiqə insanlar artıq yuxulamağa başlayarlar. Alimlərin və məclisdəkilərin dediklərini eşidməzlər. Beləcə də heç bir savab ala bilməzlər.

Bundan sonra şeytan sözə belə davam etdi hansı qadın olursa olsun, onun qalxdığı yerə şeytan oturur. Sonra hər qadının qucağında mütləq bir şeytan olur və onu ona baxanlara gözəl göstərər. Sonra o qadına bəzi əmirlər vərər. Məsələn: Əlini, qolunu çölə çıxart gözəlliklərini göstər və s. O da nəfsinin əsiri olar. Şeytana boyun əyər. Zinətlərini açar göstərər. Bundan sonra o qadının həya pərdəsini şeytan dırnaqları ilə yırtar…. Və s...Və s....

bu yazini bir saytda gordum ve bura elave etdim. istedim ki siz de oxuyasiniz

15 views
 
Comments
jale--85 16.04.2011

cox sag ol.paylawdigin ucun Allah senden razi olsun.

araz007 araz007 16.04.2011

Amin. buyur,wadam ki oxudunuz. Allah hamimizdan razi olsun.

Blog
Blogs are being updated every 5 minutes