Qiyamət
qopmuşdu... Qeyri-adi izdiham var idi. Hər yer insanlarla dolu idi.
Sanki ürəyi yerindən çıxacaqdı. Soyuq tər basmışdı. Dünyada ikən,
Qiyamət, sorgu-sual, tərəzi haqqında çox şey eşitmişdi. Ancaq Məhşər
meydanındakı ürpərti, qorxu və gözləməyin bu qədər dəhşət verəcəyini heç
vaxt düşünməmişdi. Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca
hesaba çəkilmək üçün çağırılırdı. Növbə ona gəlib çatmışdı. Onun adını
çəkmişdilər. Təşviş
içində saga-sola baxır, dodaqları titrəyə-titrəyə: Mənimi
çağırdınız?-deyir. İzdiham birdən aralanır və qarşısında bir yol açılır.
İki nəfər qollarına girir. Bunlar Məhşər meydanının xidmətçiləri idi.
İzdihamın arasından çaşqın baxışlarla keçir… Meydanın mərkəzinə
gəlirlər. Xidmətçilər yanından uzaqlaşırlar. Başı önünə əyilir. Bütün
həyatı gözlərinin qabağından gəlib keçir... Öz-özünə:-Şükürlər olsun,
gözlərimi açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə
çalışan insanları gördüm. Atam ibadətlərinə həddindən artıq həssas
yanaşır, dostlarıyla dini söhbətlər təşkil edir, malını İslam yolunda
xərcləyirdi. Anam da onun kimi. Mən də hər zaman onlar kimi oldum.
İnsanlığa xidmət etməyə çalışdım, onlara ALLAHdan danışdım, Namazımı
qıldım, Orucumu tutdum…Bunları düşünərkən yanaqlarından göz yaşları
süzülürdü. Öz-özünə:-Rəbbimi sevirəm deyirdi. Amma bir tərəfdən də:-
Onun üçün nə etsəm yenə azdır, bu mənim Cənnəti qazanmağıma kifayət
etməz. Yeganə ümidim ALLAHIN bağışlaması və rəhmətidir-deyə düşünürdü….
Hesab çox uzun çəkdi. Qorxudan muncuq kimi tər tökür, titrəyirdi.
Gözləri tərəzinin millərində qalmışdı. Nəticənin nə olacağını
gözləyirdi. Nəhayət oradan onu çıxardaraq əvvəl olduğu yerə gətirirlər.
Hökm veriləcəkdi. Öncə adı oxundu. Artıq
ayaqlarının üstündə dayana bilmirdi. Gözlərini yumub həyəcan içində
hökmü gözləyirdi. Birdən Məhşərdəki izdihamdan bir uğultu qopdu.
Qulaqları səhvmi eşidirdi nədir? Onun adı Cəhənnəmliklər siyahısında
oxunmuşdu. Dizləri üstə çökdü, yıxıldı. Ola bilməz!-qışqırdı... Qalxıb
sağa-sola qaçmağa başlayır. Hıçqıraraq:-Mən necə Cəhənnəmlik ola
bilərəm? Həyatım boyunca ALLAH yolunda qulluq edən insanlarla bir yerdə
olmuşam. Onlarla bərabər insanlara Rəbbimi tanıtmağa çalışmışam-deyirdi.
Göz yaşları titrəyən vücudunu islatmışdı. Məhşər xidmətçiləri
qollarından tutub izdihamı yararaq onu alovları göylərə yüksələn
Cəhənnəmə tərəf aparmağa başladılar… Xidmətçilərin
qolları arasında çırpınırdı… Bir qurtuluş yox idimi? Bir yardım edən
olmayacaqdımı? Dodaqlarından qırıq-qırıq yalvarışla qarışıq kəlmələr
süzülməyə başladı… ”Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç biri
xilas etməyəcəkmi?”…. Rəsulullah (s.a.v):”Birinizin qapısının
ağzından bir çay axsa və o çayda gündə 5 dəfə yuyunsanız üzərinizdə heç
kir qalarmı? Namaz da belədir. ALLAH onun sayəsində bütün günahları
silər. ”buyurmamışdımı? Son dəfə “Namazlarım damı mənim dadıma
çatmayacaq?”-deyə düşündü və “Namazlarım!”deyə hıçqırdı… Xidmətçilər isə
onu dibi görünməyən Cəhənnəm çuxurunun başına gətirdilər. Alovların
istisi üzünü qarsmağa başlamışdı. Sonuncu dəfə dönüb geriyə baxdı. Artıq
gözləri də qurumuşdu. Ümidini tamam itirmişdi. Qollarını sıxan əllərin
boşaldığını hiss elədi. Qolları yanına düşdü. Xidmətçilərdən biri onu
arxadan möhkəm bir şəkildə itələdi. Ayaqları yerdən üzüldü. Bədəni bir
anda uçurumun dibinə yumarlandı. Alovların içərisinə doğru sürətlə
düşürdü. Bir neçə metr düşmüşdü ki, bir əlin onun qolundan tutduğunu
hiss etdi. Başını qaldırıb baxdı, onu xilas edən uzun və ağ saqqallı
nurani bir qoca idi. Qoca onu yuxarıya doğru qaldırdı. O, üst-başının
tozunu təmizlədikdən sonra soruşdu:-Siz kimsiniz?-Mən sənin
Namazlarınam. -Bəs niyə bu qədər gec gəldin məni xilas etməyə? Lap son
anda çatdın. Az qalmışdı alovların içinə düşəm. Qoca acı-acı
gülümsünərək başını yellədi:-Sən məni həmişə axıra saxlayırdın
xatırladınmı?... Gözlərini açdığı zaman yatağında idi. Qan-tər
basmışdı. Dərindən bir ah çəkdi və ”Əlhəmdülillah, çox şükür ki, yuxu
imiş”-dedi. Sonra çöldən gələn səsə qulaq asdı. Gecə Azanı oxunurdu. Ox
kimi yerindən sıçradı. Dəstəmaz alacaqdı...
Allah rzai olsun
Cumlemizden inshAllah