Sevsəm öldürərlər,sevməsəm ölləm.
39, Baku, Azerbaidžan

Çarəsiz bəlaya tuş olmuşam mən,

Başımın üstünü alıb duman, çən.

Bu yorğun halımı hardan biləsən?

Desəm öldürərlər, deməsəm ölləm.

Təbib də eyləyə bilməyir əlac,

Ürəyim bir sənin sevginə möhtac.

Mən səni qaldırıb öz başıma tac

Etsəm öldürərlər, etməsəm ölləm.

Qalmışam iki yol ayrıcında tək,

Alıbdı qəlbimi baxışı ürkək.

Neyləyim, nə edim bilmirəm, gercək,

Sevsəm öldürərlər,sevməsəm ölləm.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ (PAŞAYEV)

12.06.2017

82 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti