Həsrətindəyəm
39, Baku, Azerbejdżan

Yenə daldım xəyala ,andım ötənləri mən ,

Buludtək doldum belə,gözlərimi tutdu nəm,

Sual verdim pünhanca mən bu qədər görəsən,

Yad bir olan birinin ,niyə həsrətindəyəm

Atdım atdım astaca düşdüm o olan yola ,

Ağlımnanda cıxmadı getsəm hayana hara ,

Əl acdım necə kərə səsləndim Yaradana,

O ,baxışın duruşun niyə həsrətindəyəm ,

Caldım həsrət nəğməsi gah zildə gahda bəmdə ,

Qaldım hicran yolunda hayanda hansı səmtdə ,

O, gün icib şərabı ağlı bihuş bu dəmdə

Səs saldım hərbir yana dedim Həsrətindəyəm

Saralanda solanda mən oldum bu sevgidə ,

Yön aldım ümüd dolu addımladım yar gilə ,

Döyüb asta qapını dedim pıcıltı ilə ,

Ay məni məndən alan sənin həsrətindəyəm

Seymur coşub dənizdək dalğalanır aramca

Nədən sə durammıram yardan ayrı qalınca

Ayda ildə şimşəklər guruldayıb caxınca

Mən özüm coşub caxdım hər an Həsrətindəyəm

Liczba odwiedzin: 25
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut