Çinayət yazılıb hansı qanunda..
39, Baku, Azerbaidzhan



Gəl qanun naminə eyləyim aşkar,
Sirrimi məhkum sevda yolunda,
Nə vaxtdan olub sevən günahkar,
Çinayət yazılıb hansı qanunda..

Hüququm qoy olsun əlində sənin
Qoxlayım telinin ətrini cəkim
Alnında öpsəmdə bəsimdi bəsim
Sora nə olursa olsun sonunda..

Ədalət naminə söz versin hakim
Deyəcəm bitməz- tükənməz sevgim
Məcəlləm səninlə sonu maddəmin
Ömürlük cəkərəm vallah yolunda..

Müəllif : SEYMUR SÖNMƏZ PAŞAYEV

0 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes