SOĞAN YEMƏMİSƏN NÖŞ ALIŞIRSAN
39, Baku, Azerbaidzhan


Gəl biz qədərindən kənar çıxmayaq,
Sevdalar olubdur əvvəl dövürdə.
Misal çəkəcəyəm sənə Məcnunu,
Ad qoyub silinməz olan eşqidə.

Nə çoxdur sevilən,nə çoxdur sevən,
Balaca körpə də sevirəm deyir.
Bir sevgi badına gedən qızcığaz
Şərəfsiz elindən bugün qəm yeyir.


Ömür sahə deyil düşə plana,
Vaxt çatdı, zamanın dayanacaqdır
Uyma şirin sözə uyma yalana,
Onsuz da gec -tezi açılacaqdır.

Telefon olubdur sevda adası,
Vəd verib,vəd alıb görüşənə bax.
Gülməli bax budur, atam balası,
Manitor dalında öpüşənə bax.

Dəhşət qınaqlara çevrilər sözüm,
Bəlkə də deyərlər,çox danışırsan.
Beləcə cavabın vermişəm yüzün
Soğan yeməmisən, nöş alışırsan...


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

27.12.2017


142 views
 
Comments
Nadjiba 02.02.2018

Tewekkurler..

SEYMUR551 04.02.2018

təşəkkür edirəm

Blog
Blogs are being updated every 5 minutes