Getmək İstərəm
39, Baku, Azerbaidzhan

Durnalar qatar qatar düzülbler bir qoşun
Məndə qoşulub olara, cıxıb getmək istərəm
Fikirlər qarışıbdı başda qalmıyıb huşum
Deli deyirlər mənə, qacıb getmək istərəm

Giley güzar etmirəm şükür bu günki günə
Onsuz olan bircə gün,axı gərək nəyimə
Kecir zaman vaxtlarda deyirəm tek sadəcə
Dəqiqəni aylara, bölüb getmək istərəm

Vaxta etibar yoxdu zamanada hec güman
Nahaq yerdə axşamladıq ay aman
Keşkə gele haraya imam Sahibi Zaman
Günəş olub ay olub ,sacıb getmək istərəm

Hər an ömürdən gedir, getsin neyimə gərək
Can vermərəm mən ona,özünü yormasın fələk
Lap fırtına qopsada əssə nə qədər külək
Şimşək olub bir anda caxıb getmək istərəm

Seymur coxda tələsmə vaxtın vədən yetişər
Gələn gelər gedəndə, geci tezi var gedər
Dünya malı nə lazım beş arşında bəs edər
Əbədilik göz yumub yatıb,getmək istərəm

1 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes