Kin Kişiyə Yaraşmaz
39, Baku, Azerbaidzhan

Kişidə hünər olar,kişidəmərdlikolar

Kişidə bircə sima ,kişidə bir üz olar,

Kişidə qarşısında olana hörmət olar,
Kin kişiyə yaraşmaz....!

Sözüm yaxşılardan kənaradı hər zaman

Bəzi kişiciklərə catacaqdı bu ünvan

Beş qəpiyə deymiyən,danişacaq manatdan

Xırdalıqdan danışmaz...!

Papaqnan tanınanlar indi pulnan tanınır

Düz sözü deyən kəslər,kəlamlarda qınanır

Bəzisi qaş aldırır,arvad kimi boyanır,

Guyaki, bu modabaz...!

Qeyrətdən dən vururlar,qeyrətsizlər ər olub

Zəmanəmiz dəyişib axır vaxtlar kəm olub,

Yıxılana deyən yox,axı sənə nə olub ,?

Hec bir kimsə qarışmaz...!

Eh harda qaldı Tağıyev harda qaldı Nəsimi

Bu sözümün üstündə qoy soysunlar dərimi ,

Nə şəkəri şəkərdi,nədə düz əməlli qəndi ..

Vallah ağızda dadmaz...!

İnsanlar adiləşib insanlar cılızlaşıb

Coxları deyəcəkdi daha Seymurda caşıb

Elə vaxtda gəlmişik baş təmamən qarışıb

Fələk belə baş aşmaz...!

MÜƏLLİF:SEYMUR SÖNMƏZ

14 views
 
Comments
-XEMA 27.11.2015

Ela...men beyendim....Amma ,bilmek istiyerdimki bu weyr hans janrda yazilib?

SEYMUR551 SEYMUR551 28.11.2015

Salam Bəyəndiyiniz ücün Minnətdaram Əgər bu şeir redakta olsa Gəraylı kimi üstdə işləyib redakte etmek olar neşriyatda Ancaq Bu cür Xam Mal deyilir

Blog
Blogs are being updated every 5 minutes