Bu cümə günündə gəlibdir ağam.
39, Baku, Azerbaidzhan

Bu cümə günündə gəlibdir ağam.


Uzaqdan görünür bəyaz rəngli at,
Uyu, gözlərini ümidlə yum, yat.
Qəlbində duyğusal xatirə oyat,
Zühr edib imdada çatıbdır ağam,
Bu cümə günündə gəlibdir ağam.

Gözlərim sevincdən yaşarıb dolar,
Gəlişi büsatlı toy-bayram olar.
İlahi, arzuma yetişdir, nolar,
Sirat körpüsünü aşıbdır ağam,
Bu cümə günündə gəlibdir ağam.

Dolanıb Kərbəla çölündən gəlib,
Həsən, Hüseyndən salam gətirib.
Əlində bir boxça ənam gətirib,
Bir təsbeh, bir möhür alıbdır ağam,
Bu cümə günündə gəlibdir ağam.

MÜƏLLİF: Seymur Sönməz Paşayev

4 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes