26.06.2018
GÖZƏL OLAR
39, Baku, Azerbaidzhan

Ağıldüşüncəylə gəzib dolansan,

Həyatın dadını tamını dadsan,

Kədəri qəmini başından atsan,

Ağzında turş dadan,nar gözəl olar.


Görmək istəmirəm nadanın üzün,

Məzəmmət qınağı çox olur sözün,

Süfrəyə duz,çörək gülərüz düzün,

Onda kavabdanda,şor gözəl olar.


Çalışıb həryana su kimi axma,

Hündürdən kimsəyə qıyğacı baxma,

Fəqir füqaranı görəndə sıxma,

Onda dağa yağan,qar gözəl olar.


İnsanlar dünyada gəldi gedərdi,

Vallah lovğalanmq boş şey hədərdi,

Üzünə aldanıb demə qəşəngdi,

Qəlbi təmiz olan, yar gözəl olar.


Həyatın enişi yoxuşu olar,

Gözlər sevincilə qəm ilə dolar,

Seymur Allahından bircə pay umar,

Onun bəxş etdiyi, var gözəl olar.


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
26.06.2018

18 views
 
Comments
SeniAxtariram 09.07.2018

ela

Blog
Blogs are being updated every 5 minutes