Eşqim gilə-gilə burnundan gəlsin.
39, Baku, Azerbaidzhan

Sən mənim eşqimi anlamadın heç ,

Seçim edəndə çalışki, düz seç.

Daha unut məni yanımdan yan keç

Eşqim gilə-gilə burnundan gəlsin.!

Sevdim ürəyimi vermişdim sənə,

İradlar,nöqsanlar yağdırdın mənə,

Son anım olsada deyəcəm yenə,

Eşqim gilə-gilə burnundan gəlsin.!

Demirəm ölginən arzu etmərəm,

Yenidən mən səni əsla sevmərəm,

Bəhanə gəzmərəm,nöqsan gəzmərəm

Eşqim gilə-gilə burnundan gəlsin .

Tənəli sözlərin çıxmaz yadımnan,

Dilinə gətirib dinmə adımdan

Sənə məhəbbətdən düşən payımdan

Eşqim gilə-gilə burnundan gəlsin.

Dinmirəm demirəm dünyan dağılsın

Nədəki həyatın saralıb solsun

Sadacə deyirəm haramın olsun

Eşqim gilə- gilə burnundan gəlsin.

Arana getsəndə dağa getsəndə

Vüsal qədəhini vurub içsəndə

Seymura rast gəlib gendən ötsəndə

Eşqim gilə-gilə burnundan gəlsin .


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

Yazılma tarixi : 09.06.2018

0 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes