SEYMUR551's blog

SEYMUR551
39, Baku, Azerbaidzhan

Mən səni kimsəyə vermərəm gülüm

Könlümdə baxışın izi qalıbdı,
Yerişin duruşun ağlım alıbdı,
Geçədə gündüzdə səni anıbdı,
Fikir xəyalımda sən oldun özün
Mən səni kimsəyə vermərəm gülüm.

Arada söz olar mən incimərəm,
Gözəllər yüz olar hec dəyişmərəm,
Səndən qeyrisinə könül vermərəm,
Ay mənim qəlbimin özəyi könlüm ,
Mən səni kimsəyə vermərəm gülüm.

Qadasın aldığım canımda cansan,
Ruhumda cismimdə daima varsan,
Solmaz bir cicəksən,ətirli yarsan
Sacını qoxlayım cələnglər hörüm
Mən səni kimsəyə vermərəm gülüm.

Gözündə coxunun gözü qalıbdır,
Sözlərin duyulan qəlbi alıbdır,
Seymur məhəbbəti səndə tapıbdır,
Əlimi əlindən üzmərəm gülüm
Mən səni kimsəyə vermərəm gülüm.


MÜƏLLİF: SEYMUR SÖNMƏZ PAŞAYEV


Bu cümə günündə gəlibdir ağam.


Uzaqdan görünür bəyaz rəngli at,
Uyu, gözlərini ümidlə yum, yat.
Qəlbində duyğusal xatirə oyat,
Zühr edib imdada çatıbdır ağam,
Bu cümə günündə gəlibdir ağam.

Gözlərim sevincdən yaşarıb dolar,
Gəlişi büsatlı toy-bayram olar.
İlahi, arzuma yetişdir, nolar,
Sirat körpüsünü aşıbdır ağam,
Bu cümə günündə gəlibdir ağam.

Dolanıb Kərbəla çölündən gəlib,
Həsən, Hüseyndən salam gətirib.
Əlində bir boxça ənam gətirib,
Bir təsbeh, bir möhür alıbdır ağam,
Bu cümə günündə gəlibdir ağam.

MÜƏLLİF: Seymur Sönməz Paşayev





16.12.2014

 Sən varsan həyatım rəngarəng gözəl Xüsusi yerin var qəlbimdə özel Kaş səni tanıya biləydim əzəl Cəkəydim sacına tumar, aramca Ayrılıq oduna yanmaydım hec Deyərdim ömrümə gəl qəlbimə köc Edərdim bir xahiş bir qərar sən sec Məni məndən aldın xumar,baxınca Tənhir aşiqəm eşqdə yox tayım Səni xəyalımda duyum arayım Sənsizlik olubdur təkcə nöqsanım Bax budur cəkdiyim qubar,anınca Ay illər,günbə gün həftələr kecir Sevgim hec bir zaman bitmir tükənmir Bir bilsən bu Seymur sənsiz nə cəkir Sən ondan geridə kənar qalınca


Sözlərimlə nər cəkib





Blog
Blogs are being updated every 5 minutes